Yanvarın 14-də Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raketlər buraxıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir. Buraxılış Çaqando əyalətinin Kanqe şəhəri yaxınlığındakı bazadan həyata keçirilib.
Raketlər 250 km yol qət edərək dənizə düşüb. Seuldakı hərbi mənbələr Pxenyanın ümumilikdə neçə raket atdığı barədə ətraflı məlumat verməyib. Lakin bu addım təxribat sayılırdı, çünki qısa mənzilli raketləri buraxmaqla Pxenyan adətən onların Cənubi Koreya üçün əlçatan olacağını açıq şəkildə bildirir.