image-reklam-veteninfo
image-1backend

Şimali Koreya Yapon dənizinə 10-dan çox ballistik raket atıb

image-reklam-veteninfo

Şimali Koreya Yapon dənizi istiqamətində 10-dan çox qısa mənzilli ballistik raket buraxıb.

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın hərbi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər oktyabrın 29-da yerli vaxtla saat 12:30-da Şimali Koreyanın Vonsan bölgəsindən buraxılıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri bildirib ki, raketlərin uçuş məsafəsi və digər texniki xüsusiyyətləri hazırda təhlil edilir.

Qurum, həmçinin ABŞ və Yaponiya ilə məlumat mübadiləsinin davam etdirildiyini və mümkün əlavə raket buraxılışlarına qarşı müşahidə və nəzarət tədbirlərinin gücləndirildiyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki