image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-12-30-20_5a090e38backend

“Şirin Zirvəyə Doğru” – Azərbaycan Qənnadçılığında Yeni Zirvə!

image-reklam-veteninfo

 

Peşəkar Qənnadçılar İctimai Birliyinin təşəbbüsü, Azərbaycan–Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatının tərəfdaşlığı, həmçinin “Altınoğulları”, “Merano Baku”, “İlğım”, “ƏminDad”, “ŞamFi” və “Mağazin Nojei” şirkətlərinin dəstəyi ilə “Şirin Zirvəyə Doğru” adlı möhtəşəm qənnadçılıq yarışı keçirilib.

Tədbirin əsas məqsədi Azərbaycanın peşəkar qənnadçılarının yaradıcılıq bacarıqlarını nümayiş etdirmək, sektor üzrə təcrübə və bilik mübadiləsini genişləndirmək və milli qənnadçılıq sənətinin inkişafına töhfə vermək olub.

🇦🇿 Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə ölkəmizin müxtəlif bölgələrindən olan 27 tanınmış qənnadçı iştirak edib. Onların hazırladığı tortlar peşəkar münsiflər heyəti tərəfindən təqdimat, dizayn, damaq keyfiyyəti və yaradıcılıq yanaşması kimi əsas meyarlar üzrə qiymətləndirilib.

Nəticədə, “Ən Yaxşı Tort” nominasiyası üzrə I, II və III yerlərin qalibləri elan olunub və onlara xüsusi diplom və mükafatlar təqdim edilib.

Açılış nitqlərində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev və Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək qeyd ediblər ki, bu cür yarışlar ölkədə kulinariya və qənnadçılıq sahəsinin inkişafı, peşəkar ustaların və gənc mütəxəssislərin potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Onlar həmçinin bildirdilər ki, “Şirin Zirvəyə Doğru” kimi layihələr gənclərin yaradıcılığını stimullaşdırmaqla yanaşı, yerli istehsalın inkişafına, qida təhlükəsizliyi mədəniyyətinin formalaşmasına və Azərbaycan qənnadçılıq brendinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Yarış iştirakçıları və tərəfdaşlar tərəfindən böyük maraqla qarşılanan bu tədbir həm də gənc qənnadçıların təşviqi, təcrübə paylaşımı və peşəkar inkişafı üçün unikal platforma kimi dəyərləndirilib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki