image-reklam-veteninfo
image-25-okbackend

Şirvan şəhərində məktəblilər üçün narkomaniya və onun fəsadları barədə maarifləndirici təlim keçirilib

image-reklam-veteninfo

25 oktyabr 2024-cü il tarixində Feniks Sağlam Həyat Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Şirvan şəhər 16 nömrəli tam orta məktəbində narkomaniya və onun fəsadlarına həsr olunmuş maarifləndirici təlim keçirilib.

Tədbiri Feniks Sağlam Həyat Təbliği İctimai Birliyinin rəhbəri Şahin Hüseynov açıq elan edərək iştirakçıları salamlayıb və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra həyata keçirilən layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində nəzərdə tutulan maarifləndirici tədbirlər və gənclərin narkomaniyadan qorunmasının əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Təlim zamanı narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına göstərdiyi mənfi təsirlər, narkotik asılılığının yaranma səbəbləri və onun ağır fəsadları barədə geniş məlumat verilib. Gənclərə narkotik vasitələrdən uzaq durmağın, sağlam həyat tərzinin təbliğinin və zərərli vərdişlərə qarşı düzgün mövqe formalaşdırılmasının vacibliyi izah edilib.

Maarifləndirici görüşdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, narkomaniyanın qarşısının alınmasında ailənin, məktəbin və cəmiyyətin rolundan bəhs edilib. Eyni zamanda, sağlam gələcəyin formalaşdırılmasında gənclərin maarifləndirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirin əsas məqsədi məktəblilər arasında narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlılığın artırılması, onların sağlam həyat tərzinə təşviq edilməsi və narkomaniyaya qarşı maarifləndirici profilaktik tədbirlərin gücləndirilməsindən ibarət olub.

Feniks Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin gənclərin sağlam və təhlükəsiz gələcəyinin təmin olunmasına mühüm töhfə verdiyi qeyd olunub.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki