image-reklam-veteninfo
image-1backend

Skaloni: “Messini Argentina millisinin məşqçilər heyətində görməkdən məmnun olardıq”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,  dünya çempionu Argentina millisinin baş məşqçisi Lionel Skaloni milli komandadakı karyerasını başa vuran Lionel Messinin 2030-cu il Dünya Kuboku zamanı milli komandanın məşqçilər heyətində olacağını istisna etməyib.

“Düşünürəm ki, Messi 2030-cu ildə də futbol oynayacaq. Amma indi köməkçim Valter Samuel milli komandadan ayrıldığı üçün Messini istədiyi zaman milli komandanın məşqçilər heyətində görməkdən məmnun olarıq”, – deyə Skaloninin sözlərini Motivaciones Fútbol sitat gətirib.

Skaloni Argentina milli komandası ilə müqaviləsini 2030-cu il Dünya Kubokunun sonuna qədər uzadıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki