image-reklam-veteninfo
image-400_0_1741295843-5443backend

Sky News: Çində keçirilən hərbi paradın Ukrayna üçün əhəmiyyəti

image-reklam-veteninfo

Sky News xəbər verir ki, Çində təşkil olunan möhtəşəm hərbi parad Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir. Nəşr qeyd edir ki, tədbir beynəlxalq gərginliyin artdığı bir vaxtda keçirilib və Pekin bu paradla özünü “yeni Asiyanın fövqəldövləti” kimi təqdim etməyə çalışıb.

CNN xatırladır ki, ABŞ prezidenti Donald Trampın həm Vladimir Putinlə Alyaskadakı görüşü, həm də Kim Çen Inla ilk təmasları gözlənildiyi kimi nəticə verməyib və Ukraynaya sülh gətirməyib. Bu fonda, Çin lideri Si Cinpin Trampın gözlənilməz xarici siyasətindən yararlanaraq, ABŞ-ın “etibarlı böyük dövlət” imicinə zərbə vurmağa nail olub.

Çində böyük parad

Bu gün Çin prezidenti Si Cinpin Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyətinin 80-ci ildönümü münasibətilə hərbi parad keçirib. Paradın əsas məqsədi Çinin müasir dünya nizamında artan rolunu nümayiş etdirmək olub.

Tədbirin fəxri qonaqları sırasında Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In da yer alıb.

Paradda Çin ordusunun ən müasir silahları nümayiş etdirilib. Onların arasında DF-5C qitələrarası ballistik raketi, AJX002 sualtı pilotsuz aparatı və müxtəlif lazer silahları olub.

Sky News yazır ki, parad həm Çinin güc nümayişi, həm də Qərbə mesaj xarakteri daşıyır və bu, Ukraynadakı müharibə fonunda xüsusi strateji məna kəsb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki