Artıq bir neçə gündür ki, Türkiyədə SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən radikal qrupun kimliyi maraq doğurur.
“Azərbaycan İsrailə neft satır” kimi feyk məlumatlar üzərindən SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən radikal qrupun nə Türk Birliyi ideologiyasına, nə də İslam fəlsəfəsinə aidiyyatı ola bilməz. Bu adamların dərdi Fələstin də deyil. Sosial şəbəkənin bəzi seqmentlərində SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən qrupun ermənilər tərəfindən yönləndirildiyi iddia edilir. Bu iddianıən doğruluğu sözsüz ki, şübhə doğurmur.
Türkiyədəki erməni lobbiləri Azərbaycan -Türkiyə münasibətlərini korlamaq üçün ciddi hərəkətə keçiblər. Məhz burada din amilini, yəhudilərə neft satır amilini qabartmaqla öz istəklərinə nail olmaq istəyirlər. Burada məqsəd bütün Türk dünyasına örnək olan Azərbaycan -Türkiyə qardaşlığına kölgə salmaq, strateji tərəfdaşlığımızın simvollarından birinə çevrilən SOCAR-ı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.
SOCAR Türkiyədə “Petkim” və “Star Rafineri” kimi iri biznes layihələrinin sahibidir, minlərlə adama iş yeri açan, milyonlarla dollar vergi verən, Türkiyə iqtisadiyyatına böyük dəyər qatan bir şirkətdir. İllərdir Qarabağda müsəlman azərbaycanlıların qətlə yetirilməsinə, məscidlərdə donuz saxlanılaraq təhqir edilməsinə səs çıxarmayan bu bəzi qüvvələr də bu işdə ermənilərin əlaltısına çevrilib. Din pərdəsi altında bu oyuna qoşulanlar sözsüz fars rejimin təbliğat maşınının ruporuna çevrilən qüvvələrdir. Çox maraqlı bir məqam ondan ibarətdir ki, bu hücumla bağlı informasiyanı ilk olaraq SEPAH-a bağlı telegram kanalları və erməni mediası dövriyyəyə buraxdı. Erməni mediası tam olaraq bu hücumu qabartmaqla və diqqətdə saxlamaqla İranmeyilli radikal qruplarla işbirliyini ortaya qoymuş oldu.
Bütün bu təxribatların nəticə verəcəyinə ümid edən erməni və fars qrupları yanıldılar. Çünki eyni soy-kökdən olan bir xalqı düşmən etmək mümkün deyil.
Artıq bütün dünya anlayır ki, Azərbaycan Türkiyə qardaşlığı əbədidir!
Nahid Canbaxışlı