image-reklam-veteninfo
image-1backend

SOCAR İtaliyada neft emalı zavodu alır, amma şərtlərlə

image-reklam-veteninfo

SOCAR-a İtaliyada 3 milyard dollarlıq neft emalı zavodunun (NEZ) alınması üçün şərt qoyulur.

Reuters-in məlumatına görə, İtaliya hökuməti yalnız Azərbaycan tərəfinin neft tədarükünə uzunmüddətli zəmanət verəcəyi və iş yerlərinin saxlanılması üzrə öhdəliklər götürəcəyi halda sazişlə razılaşacaq.

İki mənbəyə görə, tələb həm Azərbaycan hökumətinə, həm də SOCAR-a ünvanlanıb.

Brachetti-Peretti ailəsinin nəzarətində olan İP (Italiana Petroli) şirkətinə məxsus neft emalı zavodunun satışı ilə bağlı tender bir müddət əvvəl elan edilib.

SOCAR tenderdə özünün törəmə şirkəti SOCAR Trading vasitəsilə iştirak edir.

Əsas rəqiblər arasında İsveçrə treyderləri Gunvor Trading və Glencore, həmçinin BƏƏ investisiya şirkəti Bin Butti var.

Reuters İtaliya tərəfinin qoyduğu şərtlərlə bağlı Azərbaycan hökumətindən, SOCAR-dan və İP-dən şərh ala bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki