Soçi hava limanı bütün gələn və gedən reysləri dayandırıb. Vətəninfo.az xəbər verir ki,Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Koreniakonun sözlərinə görə, məhdudiyyətlər cümə günü, dekabrın 27-də Moskva vaxtı ilə saat 5:00-dan mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
“Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər, bu, əsas prioritetdir”, – Koreniako vurğulayıb.
Həştərxan hava limanında da təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Baza telegram kanalı xəbər verir ki, Volqoqrada və geriyə uçuşlar da gecikib. Belə ki, Moskvadan Həştərxana uçan “Aeroflot” təyyarəsi Mahaçqalaya yönləndirilib.