image-reklam-veteninfo
image-1backend

Soçi sahillərində tankerə uzaqdan idarə olunan qayıqlardan hücum: yanğın baş verib

image-reklam-veteninfo

Qara dənizdə, Soçi sahilləri yaxınlığında Liberiya bayrağı altında üzən Aframax Rio neft tankerində yanğın baş verib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, tanker məsafədən idarə olunan qayıqların hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmidə yanğın başlayıb.

Nazirlik bildirib ki, tankerin 23 nəfərlik heyətinin hamısı – Hindistan vətəndaşları – təxliyə edilərək xilas olunub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, hazırda Qara dənizdə tankerdəki neft açıq şəkildə yanır. Yanğının intensivliyi azaldıqdan və xilasedici gəmilərin tankerə yaxınlaşması mümkün olduqdan sonra söndürmə işlərinə başlanılacaq.

Rusiya Nəqliyyat Nazirliyi hadisənin nəticələrinin aradan qaldırılması üçün mövcud qüvvə və vasitələrin kifayət etdiyini açıqlayıb.

Soçi şəhərinin meri Andrey Proşunin bildirib ki, şəhərdə hava və suyun keyfiyyəti davamlı olaraq monitorinq edilir.

Onun sözlərinə görə, təhlükəsizlik məqsədilə dənizkənarı gəzinti ərazilərinə və çimərliklərə giriş müvəqqəti məhdudlaşdırılıb.

Proşunin sakinlərə və turistlərə təhlükəsizlik tədbirlərinə əməl etməyi və ərazilərin açılması ilə bağlı rəsmi qərarı gözləməyi tövsiyə edib.

“Bütün xidmətlərin fəaliyyətini əlaqələndirir, vəziyyəti qiymətləndirir və yanğının söndürülməsi üçün zəruri tədbirləri görürük”, – Soçi meri bildirib.

Hadisə ilə bağlı bəzi Telegram kanallarında tankerdəki yanğının Ukraynaya məxsus pilotsuz qayıqların hücumu nəticəsində baş verdiyi iddia olunur. Bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki