Sentyabrın 9-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçan aparatların Rusiya ərazisinə hücumu nəticəsində Krasnodar vilayətinin Soçi şəhərində bir mülki şəxs həlak olub. Vətəninfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, pilotsuz təyyarələrdən birinin fraqmentləri Soçinin Adler rayonu ərazisində avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, hücum nəticəsində altı fərdi yaşayış evinin fasadına, dam örtüyünə və hasarlarına ziyan dəyib.
Sakinlərə xəbərdarlıq edilib, hava limanı bağlanıb
Soçi meri Aleksey Proşunin gecə saat 3-də şəhər sakinlərinə hava hücumu barədə xəbərdarlıq edib və onları təhlükəsiz sığınacaqlara yönəlməyə çağırıb. Eyni zamanda, hava hücumundan müdafiə sistemlərinin işini dayandırmamaq tövsiyə olunub.
Rosaviatsia hava hücumu fonunda Adlerdə yerləşən Soçi hava limanını müvəqqəti olaraq bağlayıb. Hava limanı artıq fəaliyyətini bərpa edib.
Yerəlı sakinlərin “Shot” kanalına verdiyi məlumata görə, şəhər üzərində yalnız bir güclü partlayış səsi eşidilib.
Rusiya Müdafiə Nazirliyindən açıqlama
Rusiya Müdafiə Nazirliyi bildirir ki, ötən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus ümumilikdə 31 pilotsuz uçan aparat vurulub. Onlardan:
15-i Qara dəniz üzərində,
7-si Belqorod vilayətində,
3-ü Kursk vilayətində,
1-i Tambov, 1-i Voronej vilayəti üzərində,
2-si Krasnodar vilayətində,
2-si ilhaq edilmiş Krım üzərində məhv edilib.