Terror təşkilatı Eş-Şəbabın Somalidəki hərbi bazaya hücumundan sonra başlayan qarşıdurma nəticəsində 10 əsgər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, Somali milli telekanalının yaydığı məlumatda terror təşkilatının səhər saatlarında Aşağı Şabel bölgəsindəki Avdheegle şəhərindəki hərbi bazaya ağır silahlarla hücum etdiyi bildirilib.
Qarşıdurma nəticəsində təşkilatın 20 üzvünün zərərsizləşdirildiyi, 10 əsgərin həyatını itirdiyi vurğulanıb.
Hücum edənlərin şəhərin müxtəlif tərəfindən hücuma keçdikləri, lakin ordunun müqaviməti ilə qarşılaşdıqları bildirilib.
Qeyd olunub ki, ordu qarşıdurmadan sonra baza və şəhərə nəzarəti ələ keçirib.