image-888backend

Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin keçirdiyi mətbuat brifinqində terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar barədə məlumat verilib.

Məlumata görə, son bir həftədə 44 terrorçu zərərsizləşdirilib. Bu il zərərsizləşdirilən terrorçuların sayı 1146, 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayın is 38 min 489 olub.

İraqın şimalındakı “Pəncə-kilid” əməliyyatı bölgəsində indiyədək 600 terrorçu zərərsizləşdirilib, 1336 silah və təxminən 667 min sursat ələ keçirilib, 640 mağara-sığınacağa basqın edilib.

Son bir həftədə Suriyadakı əməliyyat bölgələrinə terrorçular tərəfindən 3 dəfə təcavüz cəhdi edilib.

Türkiyə Silahlı Qüvvələrinin cavabı ilə 31 terrorçu zərərsizləşdirilib. Bir il ərzində zərərsizləşdirilən terrorçuların sayı 840 nəfər olub.

Bundan əlavə, 2023-cü ildə terrorçular tərəfindən əməliyyat bölgələrinə 96 təcavüz atəşi açılıb. Mehmetciyin cavabı ilə 744 terrorçu zərərsizləşdirilib.

Digər tərəfdən, daxili işlər naziri Əli Yerlikaya separatçı terror təşkilatı PKK-dan qaçan 4 terrorçunun inandırma səyləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

Yerlikaya qeyd edib ki, son 90 gündə aparılan inandırma cəhdləri nəticəsində təslim olan terrorçuların sayı 38-ə çatıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki