image-1backend

Son bir həftədə 94 terrorçu zərərsizləşdirilib

image-reklam_sirab_01

Türkiyənin Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda son bir həftədə 94 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) terror təşkilatları PKK/ KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla, hər cür təhdid və təhlükəyə qarşı fasiləsiz mübarizəsini davam etdirir.

Zeki Aktürk deyib: “Son bir həftədə biri ”qırmızı kateqoriya” üzrə axtarışda olmaqla 94 terrorçu zərərsizləşdirilib. Beləliklə, İraq və Suriyanın şimalında yanvarın 1-dən bu günə kimi zərərsizləşdirilən terrorçuların sayı 1521-ə çatıb”.

Zeki Aktürk bildirib ki, 1521 terrorçudan 726-sı İraqın şimalında, 795-i isə Suriyanın şimalında zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, effektiv və qətiyyətli əməliyyatlar nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan daha 3 PKK terrorçusu Haburdakı sərhəd-buraxılış məntəqəsindəki təhlükəsizlik qüvvələrinə təslim olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki