image-1backend

SON DƏQİQƏ: Almaniya Rusiyadan səfirini geri çağırdı

image-reklam_sirab_01

Almaniya Rusiyadakı səfirini geri çağırıb, Moskvanı Almaniyanın hərbi-sənaye və aerokosmik müəssisələrinə qarşı kiberhücumlarda, habelə Almaniyanın hakim partiyasına qarşı hərəkətlərdə ittiham edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi məlumat verib. “Xarici işlər naziri səfir Otto  Lambsdorffu məsləhətləşmələr üçün Berlinə çağırdı.”

Sözçünün sözlərinə görə, kiberhücumların arxasında Rusiyanın hərbi kəşfiyyat idarəsi GRU ilə əlaqəsi olan APT 28 qrupu dayanır. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Lambsdorff ən azı bir həftə Berlində qalacaq, bundan sonra Moskvaya qayıdacaq.

Rəsmi Berlin təqdimatına görə, iki il əvvəl başlayan kiberhücumlar Almaniyanın hakim Sosial Demokrat Partiyasına, eləcə də logistika, hərbi sənaye, aerokosmik və informasiya texnologiyaları ilə məşğul olan alman şirkətlərinə qarşı yönəlib.

Fancy Bear kimi tanınan APT 28-in e-poçt hesablarını ələ keçirmək üçün Microsoft Outlook-da boşluqdan istifadə etdiyi bildirilir. Alman tərəfinin məlumatına görə, Litva, Polşa, Slovakiya, Çexiya və İsveç  də hədəfə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki