Tel-Əviv istiqamətində uçuşları bərpa edir.
Vətəninfo.az-ın “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən məlumatına görə, 29 noyabr 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
Aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.