image-1backend

SON DƏQİQƏ: Bayden seçki kampaniyasından geri çəkiləcəyini açıqladı

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden həkimlərin səhhətində ciddi problem olduğunu desə, prezidentlik yarışından imtina edəcəyini açıqlayıb.Vətəninfo.az-ın məlumatına görə , bu barədə Ağ Ev rəhbəri BET News-a müsahibəsində bildirib.

“Səhhətimdə hər hansı problem varsa, kimsə həkimlər gəlib deyirlər ki, sizdə bu problem var, o problem…”, – deyə Bayden bildirib.

O, seçki kampaniyasından çəkilməyə hazır olmadığını da bildirib.

“Əvvəlcə mən namizədliyimi irəli sürəndə yadınızdadır, demişdim ki, keçid dövrünün namizədi olacam. Mənə elə gəldi ki, bütün bunlardan uzaqlaşıb başqasına təhvil verə bilərəm. Lakin bu qədər böyük parçalanma olacağını gözləmirdim”, – ABŞ prezidenti bildirib.

İyun ayında keçmiş prezident Donald Trampla debatda uğursuz çıxış etdikdən sonra Baydenin yaşı müzakirə mövzusuna çevrilib. Bir çox donorlar, eləcə də Baydenin partiyasından olan demokratlar onu seçki kampaniyasından çəkilməyə çağırıblar. Bununla belə, Baydenin sözlərinə görə, onun yaşı üstünlük ola bilər.

“Düzünü desəm, düşünürəm ki, yaşın gətirdiyi yeganə şey bir az müdriklikdir… Görüləsi çox şey var və mən hələ ondan uzaqlaşmağa meylli deyiləm”, – ABŞ prezidenti əlavə edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki