Erməni separatçısı David Babayan həbs edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni nəşri “Past” məlumat yayıb. Erməni nəşri iddia edir ki, Babayan Laçın keçid məntəqəsində həbs edilib.
Xatırladaq ki, separatçıların əsas rəhbərlərindən biri olan Babayan Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb. Babayan Azərbaycan hüquq mühafizə orqanlarının axtarış siyahısında olan separatçılardan biri idi.


























