Son zamanlar Türkiyə ilə münasibətləri yaxşı saxlamağa çalışan Yunanıstan diqqətini prezident Rəcəb Tayyib Ərdoğan və Miçotakisin Nyu-York görüşünə yönəldib.
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Türkiyə ilə mübahisədən qaçacağını bəyan edərək, Türkiyənin Avropaya yolunun Yunanıstandan keçdiyini və bunu “gizli silah” adlandıraraq, kozır kimi istifadə edə biləcəklərini bildirib.
Türkiyənin Qərbə yanaşması ilə Avropaya gedən yolun Yunanıstandan keçdiyini düşünən Miçotakis deyib:
“Bu vəziyyət Yunanıstan-Türkiyə münasibətlərinin normallaşması üçün əlimizdə olan bir silahdır. Keçmişdən gələn problemlərin bir gecədə həllini gözləyə bilmərik, lakin bəzi vəziyyətlərin həddindən artıq ritorikaya səbəb olacağını da gözləyirik. Biz bunu istəmirik”.
Lakin Ərdoğanın ABŞ-a səfəri öncəsi Atatürk Hava Limanında verdiyi açıqlama Miçotakisin planını alt-üst edib.
“Qiymətləndirməmi çox dəqiq bilmək istəyirsinizsə, Avropa Birliyi (AB) Türkiyədən qopmağa çalışır. Avropa Birliyinin Türkiyədən qopmaq üçün addımlar atdığı bu dövrdə biz də buna qarşı öz qiymətləndirməmizi edəcəyik və bu qiymətləndirmələrdən sonra lazım gələrsə, Avropa Birliyi ilə əlaqələri kəsə bilərik” – Türkiyə lideri deyib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Kiryakos Mitsotakis sentyabrın 20-də Nyu-Yorkda görüşəcək.Musavat.com