image-reklam-veteninfo
image-1backend

SON DƏQİQƏ: HƏMAS lideri Tehranda öldürüldü – Yenilənir – VIDEO

image-reklam-veteninfo

Vətəninfo.az “Al Mayadeen” istinadən  xəbər verir ki, Tehranda HƏMAS Siyasi Bürosunun rəhbərini öldürən raket xarici ölkədən buraxılıb.

Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, “Binyamin Netanyahu hökuməti sülh əldə etmək niyyətində deyil”.

“Biz Tehranda Haniyənin qətlini pisləyirik. Bir daha bəlli olur ki, Netanyahu hökuməti sülhə nail olmaq niyyətində deyil”, – departamentdən bildiriblər.

***

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Haniyə və daha bir nəfər iqamətgahın atəşə tutulması nəticəsində ölüb.

Məlumatı HƏMAS-ın özü də təsdiqləyib. Hərəkatın teleqram kanalında bildirilb ki, İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Haniyə İsrailin hücumuna məruz qalıb.

İran İnqilab Keşikçiləri Korpusu (SPEAH) Haniyənin ölkənin yeni prezidentinin andiçmə mərasiminə qatıldıqdan bir neçə saat sonra öldüyünü təsdiqləyib, araşdırma apardıqlarını bildiriblər.

İsrail ordusunun nümayəndələri CNN-ə Haniyənin İranda öldürülməsini şərh etmək istəməyiblər.

Qeyd edək ki, Pezeşkianın andiçmə mərasimi ötən gün keçirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki