image-1backend

SON DƏQİQƏ: İsrail və Həmas atəşkəs haqqında razılığa gəldilər

image-reklam_sirab_01

İsrail hökuməti və Fələstinin radikal HƏMAS hərəkatı dörd günlük atəşkəs barədə razılığa gəliblər və bu müddət ərzində Qəzzada saxlanılan 50 girov İsraildə həbsdə olan 150 fələstinli ilə dəyişdiriləcək və mühasirəyə alınan anklavlara humanitar yardım daxil olacaq. Vətəninfo.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tərəflər arasında aparılan danışıqlarda Qətər vasitəçi kimi çıxış edib. İsrailin baş naziri Benyamin Netanyahu 4 günlük atəşkəs müddətində 50 qadın və uşağın azad ediləcəyini açıqlayıb. hər 10 girov üçün atəşkəs 1 gün uzadılacaq. Netanyahu isə girovlar müqabilində fələstinli məhbusların azad edilməsindən bəhs etməyib.

Öz növbəsində HƏMAS 50 girovun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşaqla dəyişdiriləcəyini açıqlayıb. Bundan əlavə, atəşkəs humanitar və tibbi yardım və yanacaq yüklənmiş yüzlərlə yük maşınının Qəzza zolağına daxil olmasına imkan verəcək.

HƏMAS-ın bəyanatında həmçinin bildirilir ki, atəşkəs dövründə İsrail Qəzzanın heç bir yerində heç kimə hücum etməməyi və ya həbs etməməyi öhdəsinə götürür.

ABŞ prezidenti Co Bayden əldə olunan razılaşmanı alqışlayıb.

“Bugünkü razılaşma əlavə amerikalı girovları evə gətirməlidir və mən onların hamısı azad edilənə qədər dayanmayacağam” deyə Bayden yazıb.

Yeri gəlmişkən, oktyabrda HƏMAS ikili ABŞ və İsrail vətəndaşlığı olan 2 amerikalı girovu azad edib.

Atəşkəsin qüvvəyə minmə vaxtı yaxın saatlarda açıqlanacaq.

Oktyabrın 7-də HƏMAS-ın işğalı nəticəsində İsraildə qurbanların sayı 1200-ə yaxındır, 240 nəfər əsir götürülüb. Hərbi əməliyyatlar zamanı həlak olan İsrail hərbçilərinin sayı 380-i ötüb.

İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında 13300-dən çox qurban var ki, onların da 5600-ü uşaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki