image-hebsbackend

SON DƏQİQƏ: Polkovnik Cəlal Kazımov həbs olundu

image-reklam_sirab_01

Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.

Veteninfo.az-ın apa-ya istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image