Artıq xəbər verildiyi kimi, bu gün axşam saatlarında Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb və gündəliyə bir məsələni daxil edib-Ukraynanın şərqindəki qondarma “Donetsk və Luqansk xalq respublikalarının” müstəqilliyinin tanınması.
Veteninfo.az Rusiya mediasına istinadən xəbər verir ki, iclasda əvvəlcə Putin özü çıxış edib, Rusiyanın təhlükəsizlik təminatına dair Qərbə təqdim etdiyi təkliflərə müsbət cavab verilmədiyini, NATO-nun şərqi doğru genişlənməsi konsepsiyasından imtina olunmadığını və Ukraynanın alyansa üzv olmayacağına dair Moskvaya yazılı təminat təqdim edilmədiyini deyib. Habelə Donbassda münaqişənin nizamlanmasına dair 2014-cü ildə imzalanmış, Donetsk və Luqanska xüsusi statusun verilməsini də nəzərdə tutan Minsk razılaşmasının Kiyev tərəfindən yerinə yetirilmədiyini bildirib.
Daha sonra Putin Təhlükəsizlik Şurasının üzvlərinə Donbassdakı situasiya və ümumən Qərb-Rusiya danışıqlarına dair mövqelərini bildirmək üçün söz verib. Əvvəlcə xarici işlər naziri Sergey Lavrov danışıb. Bildirib ki, Qərb Rusiyanın ötən ilin dekabrında təqdim etdiyi təhlükəsizlik təminatı sənədinə faktiki olaraq rədd cavabı verib, bu sənədin əsas müddəlarını qəbuledilməz hesab edib. Bura Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və ümumən alyansın Şərqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi də daxildir. Lavrov bildirib ki, bununla belə ABŞ tərəfi yeni danışıqlar təklif edib və dövlət katibi Entoni Blinken ona zəng vuraraq bir neçə gün sonra Cenevrədə görüşmək təklifini çatdırıb.
Ardınca baş nazirin müavini, Donbassa dair üçtərəfli təmas qrupunda Rusiyanı təmsil edən Dmitri Kozak danışıb. O, Ukraynanın artıq 8 ildir aparılan danışıqlarda vaxtı uzatmaqdan başqa heç nə etmədiyini, Minsk razılşamasını yerinə yetirmək niyyətində olmadığını bildirib. Kozakın fikrincə Ukraynanın əsas məqsədi münaqişəni dondurmaqdır. O, danışıqların mənasız olduğunu və Kiyevin bu razılaşmanı yerinə yetirməyəcəyinə dair qəti qənaətinin formalaşdığını deyib.

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə çıxışında Ukrayna ilə sərhəddəki situasiyadan danışıb. Ötən gecə iki qrupdan ibarət Ukrayna “diversantlarının” Mariupol istiqamətindən irəliləyərək “Rusiya sərhədinə çıxdığını” bildirib, həmin qrupların sərhəddəki ordu bölmələrinin dəstəyi ilə məhv edildiyini, bir ukraynalı hərbçinin əsir götürüldüyünü deyib. Bortnikov bildirib ki, Donbassdan 55 mindən çox sakin qaçqın kimi Rusiyaya keçib.