image-rusiya-ukraynabackend

SON DƏQİQƏ: RUSİYA diplomatların təxliyə etməyə başladı-UKRAYNA İLƏ MÜHARİBƏ BAŞLAYIR?

image-reklam_sirab_01

30-dan çox rusiyalı diplomat Ukrayna ərazisini tərk edəcək. Rusiyanın Kiyev və Lvovdakı nümayəndələri iki ölkə arasında gözlənilən genişmiqyaslı müharibəyə görə təxliyə ediləcək.

Veteninfo.az xəbər verir ki. Bu haqda məlumatı Amerikanın “New York Times” nəşri yayıb. Nəşr Rusiya XİN-dəki mənbələrinə istinadən yazır. Ki,yanvarın 5-də 18 nəfər gizli şəkildə Kiyevdən çıxarılıb. Jurnalistlərin fikrincə, bunlar diplomatların ailələridir.

Yaxın vaxtlarda Rusiya Federasiyasının daha 30 vətəndaşı Ukraynanı tərk edəcək, Kiyevdəki səfirlikdə və Lvovdakı konsulluqda diplomatların tamamı Moskvatya göndərilir.  Ekspertlər əmindirlər ki, diplomatların və onların ailə üzvlərinin həyatı üçün real təhlükə var, ona görə də onların təxliyəsi qərara alınıb.

Jurnalistlər Lvovda baş vermiş hadisəni xatırlayırlar. 2021-ci ilin dekabrında naməlum şəxslər konsulluğun hasarına yandırıcı qarışığı atıblar. Hadisə nəticəsində xəsarət alan olmasa da, Ukrayna hüquq-mühafizə orqanları hadisəni törədənləri tapa bilməyib.

Bu arada mənbə Ukraynaya doğru hərəkət edən daha bir neçə qatar haqqında yazır. Ancaq Belarusda artıq fərq edildi. Mütəxəssislər qeyd edirlər ki, texnika elan edilmiş təlimlər üçün istifadə oluna bilər, lakin ölkənin şərqində vəziyyət nəzarətdən çıxacağı təqdirdə Ukrayna ərazisinə qəfil zərbə endirmək üçün də istifadə oluna bilər. Kremlin spikeri Dmitri Peskov dünən deyib ki, Ukrayna “mübahisə sümüyünün”ə çevrilib. NATO-nun mümkün genişlənməsinə görə Rusiya təhlükə altındadır, ona görə də ölkə hakimiyyəti cavab verməyə məcburdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki