image-rusiya-xinbackend

SON DƏQİQƏ: Rusiya XİN Bakı və İrəvana ÇAĞRIŞ ETDİ

image-reklam_sirab_01

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasında irəliləyişin əldə edilməsi  Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə etməyə imkan verəcək.

 

Veteninfo.az xəbər verir ki, bu barədə “TASS”ın  Rusiya Xarici İşlər Nazirliyinə istinadən yaydığı vməlumatda qeyd edilir.

 

Qeyd olunur ki, bu gün qarşıda duran əsas vəzifə Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinə təkan vermək, eləcə də regionda nəqliyyat-iqtisadi kommunikasiyaların açılmasını sürətləndirməkdir: “Bu sahələrdə irəliləyiş bizə İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində irəliləməyə imkan verəcək”.

Yayılan açıqlamada bildirilir ki, Moskva Azərbaycan -Ermənistan sərhədinin demarkasiyasına tez bir zamanda başlanmağa çağırır: “Təəssüf ki, zaman-zaman silah tətbiqi ilə bağlı insidentlərin baş verdiyi, insan tələfatının baş verdiyi Azərbaycanla Ermənistan sərhədində vəziyyətin həlli üçün ardıcıl səylər göstəririk. Tezliklə Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üzrə ikitərəfli komissiya yaratmaq, işə başlamaq lazımdır.  Biz bu prosesdə Bakı və İrəvana məsləhətçi yardım göstərməyə hazırıq”.

Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamaya onu da əlavə edib ki, Rusiya hərbi əsirlərin qaytarılmasında fəal iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki