Rusiyanın Petropavlovsk-Kamçatsk yaxınlığındakı Avaçinski boğazında 5,2 bal gücündə zəlzələ baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb. Yeraltı təkanlar şəhərdən 51 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 88,2 km dərinlikdədir. Yeraltı təkanlar şəhərdə 3 bal gücündə hiss olunub. Sunami təhlükəsi barədə heç bir açıqlama verilməyib.