“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Vətəninfo.az “Report”a istinadla xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır.
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.