image-1backend

SON DƏQİQƏ: Trampın təyyarəsi başqa bir təyyarə ilə toqquşdu –  Reuters

image-reklam_sirab_01

ABŞ-ın sabiq prezidenti Donald Trampın Boeing 757 təyyarəsi Florida hava limanında başqa bir təyyarə ilə toqquşub. Vətəninfo.az xəbər verir ki, bu barədə  Reuters məlumatlı mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbətinin verdiyi məlumata görə, Trampın təyyarəsi Uels Palm-Biç Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında qanadı ilə biznes təyyarəsini vurub.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) hesabatında özəl Boeing 757-nin park edilmiş korporativ təyyarəni vurduğu, lakin sənəddə Trampın hansı təyyarədə olduğu göstərilməyib. Şöbə araşdırmaya başlayıb.

Sabiq prezidentin qərargahı agentliyin sorğusuna cavab verməyib. Agentliyin məlumatına görə, şənbə günü Tramp Nyu Cersidə mitinq keçirib və hadisə bazar günü, yerli vaxtla gecə saat 1 radələrində West Palm Beach-ə endikdən sonra baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki