Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının məlumatında deyilir.
Bildirilib ki, Şoyqu orada prezident, Ali Milli Təhlükəsizlik Şurasının katibi və Baş Qərargahın rəhbəri ilə görüşəcək.
O, ölkə rəhbərliyi ilə qlobal və regional təhlükəsizliyin aspektlərini müzakirə etməyi planlaşdırır