image-1backend

Şri-Lankada qatar fil sürüsü ilə toqquşub

image-reklam_sirab_01

Şri-Lankanın şərqində neft daşıyan qatar vəhşi fil sürüsü ilə toqquşub.

“Daily Mirror” qəzeti xəbər verir ki, hadisə ölkənin şərqindəki Battikaloa-Kolombo dəmiryol xəttində baş verib.

Qəza nəticəsində iki fil ölüb, bir neçə heyvan yaralanıb, lokomotiv və dörd neft çəni isə relsdən çıxıb. İnsidentlə bağlı dəmiryol xəttinin müvafiq hissəsində qatarların hərəkəti dayandırılıb. Qəzanın nəticələrinin bir neçə gün ərzində aradan qaldırılacağı bildirilir.

Şri-Lankada fillər müqəddəs hesab edilir və qanunla qorunur. Lakin ölkədə hər il 200-ə yaxın fil qatarların altında qalaraq və ya torpaqlarını heyvanların hücumundan qoruyan fermerlərin gülləsinə tuş gələrək ölür. Eyni zamanda, hər il təxminən 50 nəfər fillərin hücumu nəticəsində həlak olur.

Hakimiyyət orqanlarının məlumatına görə, hazırda Şri-Lankada təxminən 7 minə yaxın fil var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki