Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Key Starmer Vladimir Zelenskidən cümə günü keçirilən görüşdən sonra Ağ Evə qayıtmağı və ABŞ prezidenti Donald Trampla münasibətləri normallaşdırmağı xahiş edib.
“Starmer Oval kabinetdəki qalmaqaldan sonra Vladimir Zelenskini Ağ Evə qayıtmağa və Donald Trampla münasibətləri düzəltməyə çağırıb”, – qəzet yazır.
Nəşrin məlumatına görə, Tramp və Zelenski arasında cümə günü Vaşinqtonda baş tutmayan görüşdən sonra Starmer Zelenskiyə zəng edərək onu Ağ Evə qayıtmağa inandırmağa çalışıb. O, həmçinin ABŞ prezidentini gərginliyi azaltmağa çağırıb. Lakin nəşrin yazdığına görə, onun cəhdləri uğursuz alınıb.