image-reklam-veteninfo
image-1backend

Stasionar telefonlar ləğv EDİLDİ

image-reklam-veteninfo

Finlandiya dünyada stasionar telefonları rəsmi olaraq dayandıran ilk ölkə olub. Ən böyük telekommunikasiya operatoru olan “Elisa” analoq şəbəkələrin ölkə miqyasında bağlanması çərçivəsində son simli xətlərini bağlayıb.

Vətəninfo.az xəbər verir ki, “Yle” portalının məlumatına görə, şirkət ilin əvvəlində niyyətlərini açıqlayıb. 2019-cu ildə başqa bir böyük telekommunikasiya operatoru “Telia” da sabit xətt şəbəkəsini bağlayıb və bu ilin əvvəlində DNA abunəçiləri üçün stasionar telefon xidməti də dayandırılıb.

“Elisa”nın sözlərinə görə, ilin əvvəlində şirkətin cəmi bir neçə min simli bağlantısı var idi. Şirkət bir neçə ildir ki, heç bir yeni müqavilə imzalamayıb.

Stasionar telefon xidməti Finlandiyada XIX əsrin sonlarından bəri mövcuddur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki