Tramp Stiv Vitkoffu İran üzrə xüsusi elçi təyin etmək niyyətindədir.
Vətəninfo.az xəbər verir ki, Vitkoffun Tehranın nüvə proqramı ilə bağlı məsələlərlə məşğul olacağı gözlənilir.
Mənbələr bildiriblər ki, Tramp və köməkçiləri İranla daha geniş qarşıdurmadan qaçmaq üçün yolu açıq saxlamaq istəyirlər.
Qeyd edək ki, Stiv Vitkoff Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsidir. O, Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün aparılan danışıqlarda iştirak edib.