NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə avqustun 28-də NATO-Ukrayna Şurasının iclasını çağıracaq. Bu barədə Vətəninfo.az Reuters agentliyinə istinadən xəbər verir.”Ukraynanın tələbi ilə NATO-nun baş katibi Stoltenberq avqustun 28-də NATO-Ukrayna Şurasının iclasını keçirəcək”, – teleqramda deyilir.Bundan əvvəl Stoltenberq Vaşinqtonda keçirilən alyans sammiti çərçivəsində ən yüksək səviyyədə NATO-Ukrayna Şurasının yekunlarına əsasən, Ukrayna hakimiyyəti ilə işi əlaqələndirmək üçün Kiyevdə alyansın yüksək nümayəndəsini təyin etmək qərarına gəldiyini bildirib.