Daily Mail yazır ki, 2014-24-cü illərdə NATO-nun baş katibi olmuş Yens Stoltenberq Bildeberq klubunun prezidenti olub. O, “transatlantik siyasətdə təcrübəsi” sayəsində klubun fəaliyyətinə qarışıb. Vətəninfo.az xəbər verir ki, Bildeberg klubu Alp dağlarında bahalı otel və kurortlarda keçirilən məsləhət xarakterli görüşləri ilə məşhurdur. Klub iştirakçıları beynəlxalq siyasət, iqtisadiyyat və təhlükəsizliklə bağlı məsələləri müzakirə edirlər.
1954-cü ildə Hollandiyanın Oosterbeke şəhərindəki eyniadlı oteldə klubun ilk iclası keçirildi və burada kommunist təhlükəsinə qarşı Qərb elitalarının qarşıdurmasına vahid yanaşmalar işlənib hazırlanmışdı. Klub iclasları qapalı formatda keçirilir. 120-yə yaxın nüfuzlu siyasətçi və iş adamı iştirak edir. Görüşlərin nəticələri ilə bağlı heç bir nəşr də yoxdur. Bütün bunlara görə Bildeberq klubu bir çox sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub. Çoxları bunu “dünya hökumətinin” analoqu hesab edir.