image-1backend

Stratfor: “ Pezeşkianın prezidentliyi çətin ki, İranın regional siyasətinə təsir etsin”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Kölgə MKİ” kimi tanınan ABŞ-nin özəl kəşfiyyat və analitik şirkəti “Stratfor” yazır ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Qərblə, o cümlədən ABŞ ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq, ancaq o, Tehranın regional strategiyasına ciddi təsir göstərə bilməyəcək və böyük daxili məhdudiyyətlərlə üzləşəcək.
Şirkətin məlumatına görə, islahatçı Pezeşkianın İranda keçirilən prezident seçkilərində qələbəsi hökumət ilə Körfəz ölkələri arasında münasibətlərin yaxşılaşmasına əlavə təkan verəcək.
“Eyni zamanda, İran Qərb sanksiyalarının neytrallaşdırılmasına qismən kömək etmək üçün ərəb qonşuları ilə əlaqələrin yaxşılaşmasına can atmağa davam edəcək”, – deyə, qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki