image-1backend

Sudanda Türkiyə səfirliyinin binası boşaldıldı

image-reklam_sirab_01

Sudanda Türkiyə səfirliyinin binası boşaldılıb. Vətəninfo.az xəbər verir ki,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada sözügedən mövzu ilə bağlı açıqlama verib…

Sudanda qarşıdurmaların ortasında olan Türkiyə səfirliyinin binası 9 may səhər saatlarında həyata keçirilən əməliyyatla boşaldıldı, işçilər səfirliyin iqamətgahına aparıldı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada sözügedən mövzu ilə bağlı açıqlama verib: “Sudan Suverenlik Şurasının sədri, ordu komandanı general Əbdülfəttah əl-Burhanın dəstəyi ilə səfirliyimizin əməkdaşlarını və mühafizəçiləri binadan uzaqlaşdırdıq. Çünki münaqişələr əsasən bu küçədə baş verir. Allah heç bir ölkəni bu vəziyyətə salmasın. Liviyada balansı dəyişməsəydik, Tripoli küçələri bu gün də belə olardı. Biz bu müharibəni də dayandırmaq üçün səy göstəririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki