24 aprel tarixində dünya ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2018-ci ildə təsis etdiyi Sülh naminə çoxtərəfli əməkdaşlıq və diplomiyanın Beynəlxalq Gününü qeyd edir. Bu günün məqsədi dövlətlər arasında sülh şəraitində birgəyaşayış, dialoq və əməkdaşlıq prinsiplərini möhkəmləndirməkdir.
Müasir dövrdə iqlim dəyişikliklərindən tutmuş geosiyasi böhranlara qədər qlobal çağırışlar fonunda çoxtərəfli yanaşmanın əhəmiyyəti heç vaxt indiki qədər böyük olmamışdır. BMT-nin Baş katibi Antonio Quterreş vurğulamışdır: “Heç bir ölkə bu günün çağırışları ilə təkbaşına mübarizə apara bilməz. Dialoq, diplomatiya və çoxtərəfli həllər sülh və ədalətli dünya üçün ən etibarlı yoldur.”
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu dəyərləri tam şəkildə bölüşür. Fəaliyyətimiz xalqlar arasında mədəniyyətlərarası dialoqu, qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirməyə yönəlmişdir. Əminik ki, mədəni diplomatiya etimad və sülhün qurulmasında əsas rol oynayır.
Bu əlamətdar gündə hər kəsi əməkdaşlıq, hörmət və həmrəylik ruhunu gücləndirməyə çağırırıq. Yalnız birgə səylərlə mövcud fikir ayrılıqlarını aradan qaldıra və bütün xalqlar üçün dayanıqlı və sülh dolu gələcək qura bilərik.
Mobil Məmmədov.
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri