image-1backend

Sülh prosesini sürətləndirən amillər

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər”
İşğal altındakı torpaqlarımızın azad olunması Azərbaycan dövləti üçün hər zaman prioritet olub. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də cənab İlham Əliyevin prezidentliyi dövründə bu məsələnin həlli gündəmdə idi. Hər iki dövlət başçısı beynəlxalq tribunalarda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını gündəmə gətirmişdirlər. Bu istiqamətdə təxminən otuz ilə yaxın müddətdə danışıqlar aparılmışdı və Azərbaycan bu torpaqların danışıqlar yolu geri qaytarılmasına çalışırdı. Lakin Ermənistan bu danışıqları hər zaman uzadırdı, danışıqlarda vasitəçilik edən ölkələr və bununla bağlı yaradılmış təşkilatlar da məsələnin həlli üçün hər hansı bir adım atmırdılar. Bütün bunlar da Azərbaycanın səbir kasasını daşdırırdı. Azərbaycan bu otuz il müddətində 20% torpaqlarının geri alınması üçün əlbəttə bir neçə istiqamətdə fəaliyyət göstərdi. Bunlardan da biri də ordu qurculuğunun mökəmləndirilməsi idi. Çünki biz müharibə şəraitində yaşayırdıq və hər an müharibə ola bilərdi. Və müharibənin olması da qaçılmaz idi, çünki Ermənistan torpaqlarımızı işğal etməklə bərabər, cəhbə bölgəsində davamlı olaraq təxribatlar törədirdi. Bütün bunlara da Azərbaycan dövləti tərəfindən hər zaman cavab verirdi. Lakin bu məsələnin kökündən həll edilməsi gərəkirdi, çünki artıq bu separatizm regionda baş qaldırırdı, Qərb dövlətlər də buna mütamadə olaraq dəstək verirdi. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin mənfi nəticələri regionda da özünü göstərirdi və buna görə də Azərbaycan öz sərhədlərini qorumaq üçün təhlükəni aradan qaldırmalı idi. 2020-ci ilin 27 sentyabrından başlayaraq təxribatçılara qarşı Ali Baş Komandan İlham Əliyevin əmri ilə cavab verildi. Bu, tarixdə 44 günlük Vətən müharibəsi adı ilə düşdü. 44 gün ərzində Azərbaycan öz topraqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin deiyi kimi bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi: “Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm”. 44 günlük Vətən müharibəsində dövlət bayrağımız simvol olmaqla bərabər, həm də xalqın birlikdə mübarizə aparmasını və qələbə qazanmasını təmin edən bir amil oldu. Bayraq, Azərbaycan xalqının tarix boyunca yaşadığı çətinliklərə qarşı müqavimətini, mübarizə əzmini və nəhayətində əldə etdiyi qələbənin simvolu kimi yadda qaldı. Həmrəylik və milli birlik, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün mübarizənin ayrılmaz hissəsi oldu. Bu baxımdan, dövlət bayrağının əhəmiyyəti, həm də Azərbaycançılıq ideyasının daha da güclənməsinə və vətəndaşların öz dövlətinə olan bağlılıqlarının möhkəmlənməsinə böyük təsir etdi.
Müharibdən sonra imzalanan 10 noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Hazırda aparılan danışıqlar sülh prosesini sürətləndirmək məqsədini güdür. Azərbaycanın rəsmi şəxsləri Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. Dövlətimiz sülhün tez əldə olunmasında maraqlıdır. Sülh razılaşmasında Zəngəzur dəhlizi məsələsi də gündəmdədir. Ermənistanla bu məsələnin müzakirəsi, həmçinin sülh müqaviləsinin şərtləri çərçivəsində bir sıra siyasi və diplomatik məsələləri həll etməyi tələb edir. Ermənistan bu cür dəhlizin açılmasına qarşı çıxır, çünki bu, onun ərazi bütövlüyü məsələsi ilə bağlı narahatlıqlar yaradır. Ancaq Azərbaycanın Naxçıvanla birləşməsi, həm də regional təhlükəsizlik və sabitlik üçün mühüm ola bilər. Zəngəzur dəhlizi, Azərbaycanın və Ermənistanın sərhəd mübahisələri, habelə geniş regional əməkdaşlıq perspektivləri baxımından həm strateji, həm də iqtisadi cəhətdən mühüm rol oynayır. Bu məsələnin həlli, yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın sülh və sabitliyinə təkan verə bilər. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Uzanan sülh prosesi regional və qlobal problemlərə səbəb ola bilər. Ermənistanın Qərb dövlətləri tərəfindən ələ alınması riski var. Ermənistan öz maraqlarını düşünərək addım atmalıdır. Əlbəttə ki, bütün bunlar üçün Ermənistandan qətiyyətli bir mövqə nümayiş etdirməsi lazımdır. Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir. Məhz regional çıxarlarını düşünərək başqa ölkələrin, Qərb ölkələrinin maraqlarını deyil, özünün, xalqının və regionun maraqlarını düşünərək Ermənistan adım atmalıdır. Məhz bundan sonra Ermənistan dövlətinin özünün inkişafına çata bilər, xalq və dövlət arasındakı uçurum aradan qalxa bilər. Çünki bu gün Ermənistan dövləti ilə erməni xalqı arasında bir çox məsələlərdə fikir ayrılığı var. Çünki erməni xalqı müharibə istəmir, xalq yerindən münaqişənin yaranmasını qarşıdır və regionda sülh istəyir. Amma Ermənistan dövləti bu məsələni xarici havadarlarının təzyiqi ilə uzadır. Təəssüf ki, erməni lobbisi də sülhün əldə olunmasında maraqlı deyil. İnanırıq ki, Azərbaycan və Ermənistan rəhbərlərinin keçirdikləri son görüşlər yeni bir mərhələnin başlanğıcı olacaq. Ermənistandan isə sülh prosesi ilə bağlı real addımların atılması gözlənilir. Sülhün əldə olunması regionun inkişafına müsbət təsir göstərəcək.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki