ABŞ hesab edir ki, dünya sülhünə nail olmaq üçün Qərb Ukraynaya daha çox silah ötürməlidir.
Vətəninfo.az xəbər verir ki, bunu Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Biz Rusiya prezidenti Vladimir Putinə aydın mesaj verməliyik ki, o, bizimlə uzun müddət dayana bilməz, bizi parçalaya bilməz. Biz öz mövqeyimizdə möhkəm dayanırıq. Yaxın həftələrdə bizim Ukraynaya yeni sursat partiyası göndərmək üçün yaxşı fürsətimiz olacaq”, – deyə Sullivan brifinq zamanı bildirib.