Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanla sülh yolunda müxalifətin maneə olmasını vurğulayıb.
O deyib: “Biz son sülh yolundayıq. Bu yolda bir maneə var: parlament müxalifəti. Şübhəsiz ki, Ermənistan xalqı bu maneəni də aşacaq”.
Nikol Paşinyan müxalifətin Konstitusiya layihəsi ilə bağlı referendum keçirmək üçün lazım olan altı səsi təmin etməsini təklif edib.
Baş nazir əvvəllər elan etdiyi təklifi təkrarlayıb əgər xalq yeni Konstitusiyanın əleyhinə səs verərsə, referendum nəticələrinin elan edilməsindən bir həftə sonra istefa verəcək.
Əgər xalq yeni Konstitusiyanı dəstəkləsə, Paşinyan yeni müddətə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək.


























