image-1135417backend

Sülhdən ilk faydalanan Ermənistan və Azərbaycan olacaq – Paşinyan

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması kontekstində bəzi ölkələrin Azərbaycana hansı təsir rıçaqlarının ola biləcəyi məsələsinə toxunaraq, sülhdən ilk faydalananların Ermənistan və Azərbaycan olduğunu vurğulayıb.

Vətəninfo.az-ın məlumatına görə , bu barədə Nikol Paşinyan Britaniya KİV-lərinə müsahibəsində danışıb.

Jurnalist son 4 ildə Azərbaycandan 35 milyard dollarlıq neft və qaz tədarük edən “British Petroleum”u misal çəkərək, Ermənistan hökumətinin Böyük Britaniyanın bu təsir rıçaqlarından istifadə etməsini istəyəyib-istəməyəcəyi ilə maraqlanıb.

“Birincisi, qonşu ölkələrdə baş verən biznes fəaliyyəti, investisiyalar barədə şərh vermək istəməzdim. Bir şeyi deyə bilərəm, qeyd edin ki, ümumiyyətlə, hesab edirəm ki, investisiya mühitində və regionda sülhün olması, sülhün bərqərar olması üçün hər hansı investisiyanın marağı olmalıdır.

Ümumiyyətlə, hesab edirəm ki, sülhyaratma beynəlxalq ictimaiyyətin, həmçinin investorların maraqlarına uyğundur. Amma təbii ki, qeyd etmək istəyirəm ki, sülhdən ilk faydalananlar Ermənistan və Azərbaycandır. Və təbii ki, çox nəzəri səslənən bu nəzəri tezis addım-addım obyektiv ifadə ala bilir. Xüsusilə vacibdir ki, son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik. Və onun ifadəsidir ki, son nəticədə sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqıdır”, – Paşinyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki