image-rus-sulhmeramli-yenibackend

“Sülhməramlılar Qarabağdan çıxarılmalıdır” -Arzuman Muradlı

image-reklam_sirab_01

“10 noyabr 2020-ci il üçtərəfli sənədinin “dəmir” məntiqinə əsəsən, Qarabağda rus “sülhməramlılar” varsa, digər heç bir yad ölkənin silahlısı və ya qanunsuz silahlı orada olmamalı idi. Yox, silahlı separatçılar qalırsa, onda rus hərbçiləri orada nə gəzir?” – bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, rəsmi Bakı çıxış yolunu bilir və səbrlə hadisələrin gedişini gözləyir.

“Sonuncu halda Azərbaycan nə edəcəyini yaxşı bilir. Onların işini bitirmək üçün ordumuzun bircə korpusu və cəmi bur neçə saat kifayətdir. Zatən, Bakı humanizm göstərərək, İkinci Qarabağ müharibəsini dayandırmağa ona görə razılıq verib ki, erməni işğalçı qüvvələrinin qalıqları qan tökülmədən, dərhal ərazimizi tərk eləsin. Azərbaycan xalqı sözsüz ki, bütün bunlara, o cümlədən indi də rusun əli ilə ərazimizdə süni məskunlaşma aparılmasına göz yuma, imkan verə bilməz. Özü də elə bir mühüm və tarixi dönəmdə ki, Qarabağda “Böyük Qayıdış”la bağlı quruculuq işləri sürətlənib. Keçmiş köçkünlərin dönüşü intensivləşib. Onların dinc, təhlükəsiz həyatı isə ən əvvəl Qarabağda qanunsuz silahlı dəstələrin meydan sulamasını istisna edir. Əgər Kreml dəhlizlərində güman edirlərsə ki, Bakı bu və digər özbaşınalıqlara laqeyd yanaşacaq, kobud surətdə yanılırlar. Azərbaycan Qarabağda böyük təmizləməni Ukraynada müharibə gedə-gedə də bitirə bilər. Deyəsən, proses buna doğru gedir…”- deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki