image-1677060887_arzuman-teze-1-2backend

“Sülhməramlılar Qarabağdan çıxarılmalıdır”- Arzuman Muradlı

image-reklam_sirab_01

“İyulun 15-də Brüsseldə Azərbaycan-Ermənistan danışıqlarına dair 6-cı görüşdə də ortaq sənəd qəbul edilmədi. Lakin sülh prosesi müstəsna olaraq, Bakının sülh gündəliyi əsasında davam etdirildi. Bu isə o deməkdir ki, nə vaxtsa hansısa çərçivə sənədi imzalanacaqsa, onun təməlində məhz Azərbaycanın 5 məlum baza prinsipi dayanacaq.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Mişelin şərhindən o da aydın oldu ki, ilk dəfə olaraq erməni əsilli Azərbaycan vətəndaşlarının Bakının təklif elədiyi Ağdam yolu ilə humanitar təminatı variantı da məqbul sayılıb.

“Bu isə Ermənistanın, oyuncaq rejimin və Rusiyanın qaldırdığı “blokada”, “etnik təmizləmə” hay-küyü və təbliğatına Avropa məkanında vurulan ciddi zərbədir.

Diqqətçəkici həmçinin odur ki, bu dəfə rəsmi Moskvanın təlaşı heç vaxt olmadığı qədər qabarıq şəkildə özünü büruzə verdi. Rusiya XİN-in 15 iyul tarixli destruktiv və hikkəli, eyni zamanda Azərbaycana ünvanlı xoş məram daşımayan bəyanatı buna bariz sübutdur. Hesab edirəm ki, Rusiyanın apardığı ikili siyasət özünə vurulan zərbədir. Məhz buna görə Rusiya sülhməramlıları Qarabağdan çıxarılmalıdır.” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image