Vətəninfo.az xəbər verir ki,44 günlük müharibənin ardından 10 noyabır razılaşması ilə Xankəndinə yerləşdirilən Rus sülhməramlıları mandatlarınından kənara çıxmaqda davam edirlər.Rəsmi bakının son zamanlar bu hədbilməzlərə yumşaq davranışı,onları bir qədər də azğınlaşdırıb. Bu dəfə sülhməramlılar Qırmızı Bazarda məktəbdə erməni uşaqlarına silhadan necə istifadə edilməsi ilə bağlı təlim keçməyə başlayıblar.
Rusiya Müdafiə Nazirliyi yaydıqları məlumatda deyilir ki, onlar uşaqlara əvvəllər döyüş əməliyyatlarının aparıldığı ərazilərdə, çoxlu sayda partlayıcı əşyaların olması səbəbindən olma təhlükəsinin artmasından və ilkin tibbi yardımın necə göstərilməsindən danışıblar. Məlumatda vurğulanır ki,Rusiya sülhməramlıları “Sülhməramlının dərsi” maarifləndirici kampaniyası zamanı hazırda sülhməramlı kontingentin nəzarət bölgəsində olan Qırmızı Bazar kənd orta məktəbində interaktiv dərs keçirib.
Rusiya sülhməramlı kontingentinin sözçüsü İvan Sokorev deyib ki, Rusiya sülhməramlı kontingenti “Sülhməramlılar. Sülhməramlı fəaliyyət”. Dərs zamanı aşağıdakı dərsləri uşaqlara keçiblər.Bunlar humanitar cavab mərkəzi tərəfindən – “Sülhməramlılar, onlar kimdir?” mövzusunda dərs, humanitar minatəmizləmə şirkəti tərəfindən – “Davranış qaydaları” mövzusunda dərs davam edən mina təhlükəsi şəraitində”, tibb dəstəsi tərəfindən – “İlkin tibbi yardımın göstərilməsi” mövzusunda dərs,
Məlumatda o da vurğulanır ki, mühazirə zamanı Rusiya sülhməramlı kontingentinin hərbçiləri uşaqlara sülhməramlıların əsas vəzifələri, Rusiyada və dünyada sülhməramlı qüvvələrin yaradılması tarixi haqqında məlumat veriblər: “Rus istehkamçıları ərazinin necə təmizləndiyini nümayiş etdirdilər, mina detektorunun necə işlədiyini göstərdilər və özlərini əsl sülhməramlılar kimi hiss etmək üçün onlara avadanlıqları sınaqdan keçirmələri üçün verdilər”. Məktəbin rus dili müəllimi Helen Kavasyan isə sülhməramlılara keçdikləri dərslərə görə təşəkkür belə edib.
Sonda məktəbin şagirdləri və müəllimləri Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin zabitlərinə dərsə və gənclərin təhsili sahəsində göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.


























