image-arzuman_muradli-yeni_foto_-2backend

“Sülhün təməli üçün Xankəndində Azərbaycan bayrağı dalğalandırılmalıdır” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Ermənilər Qarabağda təxribat törətməkdə davam edirlər. Bu təxribatlar onu göstərir ki, rəsmi İrəvan sülh danışıqlarından yayınmaq niyyətindədirlər. Rəsmi İrəvan təxribata start verməklə həm də regionda gərginliyin qalmasında maraqlı olan qüvvələrin sifarişini yerinə yetirirlər.” – Bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, Nikol Paşinyanın son açıqlaması da təxribatların davam edəcəyinə bir işarədir.

“Erməni təxribatları davam etdikcə sülh danışıqlarından danışmaq yersizdir. Əgər təxribatlar davam etsə, rəsmi Bakı anti-terror əməliyyatına başlayacaq. Hesab edirəm ki, sülhün təməli Qarabağda ermənilərin yaşadığı ərazilərdə Azərbaycan bayrağı dalğalanandan sonra qoyulacaq. Qarabağdakı bütün silahlı ermənilər tərksilah edilməsə sülhdən danışmaq əbəsdir”- deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image