image-reklam-veteninfo
image-indirbackend

Şumaxerlə bağlı qalmaqal – Məşhur pilotun oğlu həbs edilə bilər

image-reklam-veteninfo

Məşhur Formula 1 pilotu  Mixael Şumaxerin İsveçrədəki ailə malikanəsində tibb bacısının zorlanması ilə bağlı iş üzrə istintaq davam edir. Hadisənin 2019-cu ildə, Cenevrə gölünün sahilində yerləşən “Villa La Réserve” adlı malikanədə baş verdiyi bildirilir. Vətəninfo.az xəbər verir ki,  məsələ ilə bağlı İsveçrə prokurorluğu tərəfindən araşdırma aparılır.

İddialara görə, təqsirləndirilən şəxs avstraliyalı keçmiş yarış sürücüsüdür və Mixael Şumaxerin oğlu Mik Şumaxerlə yaxın dost olub. Həmin şəxs, hadisə zamanı evdə çalışan 30 yaşlı tibb bacısına cinsi təcavüz etməkdə ittiham olunur.

Qeyd edilir ki, hadisə bir məclis zamanı baş verib. İçki qəbul edən tibb bacısı haldan düşüb və digər şəxslərin köməyi ilə otağa aparılıb. İddialara əsasən, daha sonra şübhəli şəxs qayıdaraq qadına iki dəfə təcavüz edib. Hadisədən iki il sonra – 2022-ci ilin yanvarında zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

İsveçrə ədliyyə orqanlarının bildirdiyinə görə, cinsi zorakılıq qurbanlarının gecikmiş şikayət verməsi geniş yayılmış haldır və bu, onların yaşadığı psixoloji travma ilə əlaqələndirilir.

İstintaqa təqdim olunan məlumatlarda qeyd olunur ki, zərərçəkmiş ertəsi gün hadisəni xatırlamasa da, maddi sübutlar əldə etdiyini bildirib. O, şübhəli şəxsi mesajla ittiham edərək ondan uzaq durmağı tələb edib, lakin iş yerini itirmək qorxusu ilə uzun müddət susub və Şumaxer ailəsinə məlumat verməyib.

Hazırda təqsirləndirilən şəxsin məhkəməyə gəlmədiyi və onun İsveçrədən kənarda olduğu bildirilir. Oktyabrın 15-nə planlaşdırılan Nyon şəhər məhkəməsində işə baxılsa da, əsas şübhəli iştirak etməyib. Məhkəmənin onun iştirakı olmadan davam etdirilə biləcəyi qeyd olunur.

Şumaxer ailəsi hadisə zamanı evdə olmayıb və hazırda istintaq prosesinə müdaxilə etmədikləri bildirilib. Hadisənin ailə ilə birbaşa əlaqəsi olmadığı vurğulanır.

İddialar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə prosesi davam edir və istintaqın yekun nəticələri hələlik açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki