image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-31-35_ca931d4dbackend

“Süni intellektin insan psixologiyasına təsiri” mövzusunda seminar keçirilib

image-reklam-veteninfo

 

25 iyun tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi – Fizika İnstitutunda müəllimlər, professorlar və alimlər üçün təşkil olunmuş psixoloji seminar uğurla baş tutub.
Seminarda “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova spiker qismində çıxış edərək “Süni intellektin insan psixologiyasına təsiri” mövzusunda təlim təqdim edib.
Vüsalə xanım çıxışında süni intellektin gündəlik həyatımıza və insan psixologiyasına təsirini, emosional reaksiya, qərarvermə və sosial davranışlara potensial təsirlərini ətraflı izah edib. O, seminar iştirakçılarına AI və psixoloji proseslər arasında əlaqələr barədə praktiki tövsiyələr və elmi əsaslı nümunələr təqdim edib.
Təlim interaktiv müzakirələr və sual-cavab formatı ilə zənginləşdirilib. İştirakçılar Vüsalə xanımın təqdimatını yüksək qiymətləndirərək seminardan qürur və ilham hissi ilə ayrılıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki