image-reklam-veteninfo
image-img_1554backend

Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edildi

image-reklam-veteninfo

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Vətəninfo.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİH başçısının müavinləri, rayon təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və video-çarx nümayiş olunub.

Adil Əliyev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Adil Əliyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində və Rayon İcra Hakimiyyəti ilə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsində uğurlar arzulayıb.

Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

 









  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki