image-1backend

Suriya dünya üçün təhlükə deyil- Əbu Məhəmməd əl-Culani 

image-reklam_sirab_01

Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ölkənin müharibədən artıq tükəndiyini bəyan edib. O, Suriyanın qonşu ölkələr və Qərb üçün təhlükə olmadığını vurğulayıb.  Vətəninfo.az  xəbər verir ki, Əbu Məhəmməd əl-Culani  Dəməşqdə BBC-yə müsahibə verərək ölkələri Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.

“İndi bütün baş verənlərdən sonra sanksiyalar ləğv edilməlidir, çünki onlar köhnə rejimə qarşı yönəlib. Qurbanla zülm edənə eyni rəftar edilməməlidir” dedi.

Əbu Məhəmməd əl-Culani  özünün “Həyat Təhrir əl-Şam” (HTS) qrupu ilə birlikdə Suriyada bir neçə gün ərzində hökuməti devirən silahlı müxalifətə rəhbərlik edib və prezident Bəşər Əsədi ölkədən qaçmağa məcbur edən keçid hökuməti qurub. 

O qeyd edib ki, HTŞ ABŞ, Böyük Britaniya, Aİ, Rusiya və BMT başda olmaqla bir sıra ölkələrin və təşkilatların daxil olduğu terror təşkilatları siyahısından çıxarılmalıdır.

Suriyada hakimiyyətə gələn müxalifət lideri Suriyanı Əfqanıstana çevirmək istədiyi barədə yayılan xəbərləri də təkzib edib. Əbu Məhəmməd əl-Culani qeyd edib ki, iki ölkə çox fərqlidir və fərqli ənənələrə malikdir. O, qadınların təhsil hüququna inandığını vurğulayıb. 

Əbu Məhəmməd əl-Culani 2011-ci ildən bəri üsyançıların nəzarəti altında olan Suriyanın şimal-qərb əyalətinə işarə edərək, “İdlibdə səkkiz ildən artıqdır ki, universitetlərimiz var” deyib: “Məncə, universitetlərdə qadınların payı 60%-dən çoxdur”.

Alkoqol istehlakına icazə verilib-verilməyəcəyi sualına Əbu Məhəmməd əl-Culani dedi: “Bir çox şeylər var ki, onlar haqqında danışmaq hüququm yoxdur, çünki onlar hüquqi məsələlərdir.”

O əlavə edib ki, “konstitusiya yazmaq üçün Suriya hüquq ekspertlərindən ibarət komitə yaradılacaq.

“Onlar qərar verəcəklər. İstənilən lider və ya prezident qanuna əməl edəcək”, – o deyib.

BBC qeyd edir ki, Əbu Məhəmməd əl-Culani müsahibə zamanı sakit olub, mülki paltar geyinib və üsyançı qrupun hələ də ekstremist keçmişindən əl çəkmədiyinə inananları əmin etməyə çalışıb. Mətbuatın yazdığına görə, bir çox suriyalı ona inanmır.

Artıq bir neçə xarici dövlətin nümayəndələri Suriyanın keçid hökuməti ilə əlaqə saxlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image